EN

Elton Hüseynəliyevin sözləri Flora Kərimova ilə qalmaqal yaratdı

Shownews saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elton Hüseynəliyev arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Eltonun “Öz aramızda” verilişində F. Kərimova haqqında səsləndirdiyi “Fonda baxsaq, Flora xanım 500 mahnı oxuyub, onlardan 100-ü yağ-baldır. 400 dənəsinin dəxli yoxdur, hamıdan oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyub 100-ü də baldır. Çox  mahnı oxumaq da bir şey deyil” fikirlər olub.

Kərimova Eltonun sözləri ilə bağlı sosial mediada açıqlama yayıb:

“Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularırını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz, efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim, Elton, 100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar! Elton, “elə demək istəməmişdim” deyəcəksiz, mənəvi gücünüz çatacaqsa, üzr də istəyəcəksiz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə “oğlum” deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz. Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiz  ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Sizdə də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsız. Hələ onu da Allah nəsib eləsə, o vaxt ayıq başınızla tək məni deyil həyatı da başa düşəcəksiniz. Öpürəm, oğul”.   

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
11
icma.az

10Sources