Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Eskişehirdə qeyri-adi görüntülərlə müşahidə olunan yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, şəhərin Böyükdərə məhəlləsində, Atatürk bulvarında 26-TY-128 qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yanı üstdə aşıb və o vəziyyətdə də qalıb.
Hadisə zamanı avtomobildə heç kimin olmaması diqqət çəkib. İddiaya görə, sürücü qəza baş verən kimi ərazidən uzaqlaşıb. Daha sonra həmin yerə gələn bir qrup gənc avtomobilin yanında dayanaraq onunla xatirə fotosu çəkdirib.
Eltac

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.