Ötən gün Ağdaş ərazisində "Opel" markalı avtomobil mağazaya çırpılıb.
Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan problem olub. Sürücü piyadanı vurmasın deyə avtomobili mağazaya çırpıb.
Qəza zamanı ölən və xəsarət alan olmasa da , avtomobilə və mağazaya ciddi ziyan dəyib.
Milli.Az