EN

Azərbaycanın Təbrizdəki yeni baş konsulu fəaliyyətə başladı

Azərbaycanın Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb. Əvvəlki baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Baş konsul T.Zöhrabov İranın Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində ortaq maraq doğuran məsələləri müzakirə edilib.


Telegram kanalımız
Chosen
11
7
yenisabah.az

10Sources