EN

Azərbaycanın Təbrizdəki yeni Baş konsulu fəaliyyətə başlayıb

Dünən Azərbaycanın Təbrizdəki yeni Baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətinə başlayıb, əvvəlki Baş konsul Əliyənnağı Hüseynov isə geri çağırılıb.


Manset.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Baş konsul Zöhrabov dünən İran Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində ortaq maraq doğuran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, 27 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamına əsasən, sözügedən vəzifəyə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.

Chosen
29
7
manset.az

10Sources