EN

Canavarlar bir gündə 2 körpəni öldürdülər

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hindistanın Uttar-Pradeş ştatında canavarlar 1 gündə 2 uşağı öldürüblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki faciə Bahreyç dairəsində yaşanıb.

Şənbə günü yerli vaxtla 16.30-da Mallanpurva kəndində 2 canavar həyətlərində oynayan 5 yaşlı Star adlı uşağa hücum ediblər. Səs-küyə köməyə gələn kənd camaatı onu huşsuz halda tapıb. Boynundan və ətraflarından dişlək yaraları alan Star xəstəxanaya çatdırılarkən, yolda keçinib.

Bundan cəmi 8 saat sonra Horiasafek kəndində daha bir faciə yaşanıb. Canavarlar 10 aylıq uşağı yatdığı yerdə oğurlayıblar. Qonşular körpənin cansız bədənini 2 saatdan sonra tapıblar.

Bundan sonra meşə təsərrüfatı departamentinin əməkdaşları adamyeyən canavarların ovuna çıxıblar. Canavarların axtarışı üçün dronlardan istifadə olunub. Dünən 4 canavar güllələnib. Qalanlarının axtarışı davam edir.

Qeyd edək ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, son 3 ayda canavarlar Bahreyç və ətraf rayonlarda 10 nəfəri öldürüb, daha 38 nəfəri isə yaralayıblar.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
525.az

1Sources