EN

İlham Mirzəliyev 100 min manatlıq maşına sahib ola bilmədi

Son həftələrdə ABŞ ilə Venesuela arasındakı gərgin münasibətlər dünyanın əsas gündəm mövzusuna çevrilib. ABŞ Prezidenti Donald Trampın hakimiyyətin həm ilk aylarında, həm də bir neçə ay əvvəl Böyük Britaniyaya rəsmi səfəri onun qitə ilə bağlı planlarını ortaya çıxardı. Onun Birləşmiş Krallığa səfəri zamanı Kral III Çarlzla Venesuelanı müzakirə etdiyi və bu mövzuda Britaniya ilə razılaşmanın əldə edildiyi iddia olunan məsələlərdən biridir.

Avtosfer.az xəbər verir ki, ötən gün Donald Trampın Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk etmək üçün 1 həftə müddət verməsi beynəlxalq dairələrdə sualların yaranmasına səbəb oldu. ABŞ-nin bugünkü dövlət siyasəti Venesuelanı işğal etməkdir? Bir çoxları Trampın bu açıqlamasını iqtisadi sanksiyalara hazırlıq kimi dəyərləndirsə də, Pentaqondakı hazırlıqlar onu deməyə əsas verir ki, bu mövzu təkcə iqtisadi güclə həll edilməyəcək.

Digər sualalr isə Qərb yarımkürəsində nə baş verməsi ilə bağlıdır. ABŞ-nin Venesuelaya hücum ehtimalı nə qədər realdır? Birləşmiş Ştatların başını öz qitəsində qatmaq fikri Rusiyanın ssenarisidir, yoxsa ABŞ uzun illərdir bu planı hazırlayırdı?

Mövzu ilə əlaqədar politoloq Ramiyə Məmmədova Avtosfer.az-a açıqlamasında deyib ki, Tramp əslində Venesuelanı ələ keçirmək üçün Nikolas Maduronun kartellərlə olan münasibətlərini tamamilə ifşa etməyə çalışır və ona görə də Maduroya zaman verib ki, hakimiyyətdən getsin.

“Əgər Maduro hakimiyyətdən getməsə, təbii ki, o zaman Amerika Venesuelaya bir hərbi hücumu planlamış olacaq və bu da ona gətirir-çıxarır ki, Amerikanın strateji baxımından Venesuelanı zəbt etmək niyyətini ortaya qoyacaq. Burada zəbt ifadəsinə diqqət etmək lazımdır. Məsələ iqtisadiyyatından ibarətdir, çünki Venesuela dünyada ən çox nefti olan ölkələrindən biri sayılır və təbii ki, burada neft yataqlarının olması Trampın, həm də Amerikanın iqtisadi baxımından maraqlarının uyğundur. O istəyir ki, Maduro getsin və onun yerinə Amerikaya çalışan yeni bir insan gəlsin ki, istədiyi kimi o ölkənin və onun neft rezervlərini və digər resurs rezervlərini yönəldə bilsin. Maduro nəyə görə Trampın, belə desək, xoşuna gəlmir və onu hakimiyyətdən devirmək istəyir? Birincisi, Maduro Rusiyayla çox yaxın münasibətdə olan insandır. Putinlə yaxınlıq və Rusiya ilə Venesuela arasındakı iqtisadi, siyasi, hərbi maraqlar Trampı bir növ həm Rusiyanın caynağının altından çıxartmağa, həm də ki, hərbi, siyasi, iqtisadi baxımdan da Rusiyayla Venesuelanı ayırmağa məcbur edir. Çünki onların arasında iqtisadi, siyasi, hərbi baxımdan sazişlər var.

Digər bir tərəfdən, burada Maduronun getməsi vacib bir nüans kimi sayılır, çünki o vacib nüans olarsa, artıq Tramp bu ölkədə və Latın Amerikasında öz istəklərini həyata keçirə biləcək. Oradakı proseslərdə daha çox fəal iştirak etmək mümkün olacaq. Oradakı yataqlara, qaynaqlara, neftə, qaza, digər kənd təsarifatı məhsullarını daha çox əldə etmə və özlərinə yönəltmə imkanları olacaq. Ona görə də Maduronun getməsi bir prioritet olaraq Trampın qarşısında durur, ancaq buna nə dərəcə nail olacaq, o hələ bəlli deyil. Çünki artıq Tramp Maduroya vaxt verib və o vaxta uyğun olaraq əgər Maduro getməzsə, həm okean üzərindən, həm hava, həm su məkanında, bilirsiniz ki, hava məkanını, onsuz da, Amerika Venesuela üçün bağlayıb, ancaq həm də digər məsələlərdə də, artıq logistik baxımdan da yolların bağlanmasını nəzərdə tutur ki, bu da həm gəmi üzərindən gedən kartellər, özü dediyi kimi, digər gəmilərin saxlanılması mümkün ola bilər. Bütyün bu plan Venesuelanın iqtisadiyyatına böyük bir təsir göstərəcək. Təbii ki, bugün Venesuela büdəcsinin 30-50%-ə qədəri kartellərin üzərindən gələn vəsait hesabına dolur. Tramp Venesuelanı ABŞ-yə kartellər vasitəsilə narkotik yaymaqda günahlandırır. Ona görə də bu məsələni bütün dərinlikləri ilə qabardır.

ABŞ Prezidenti artıq son zamanlarda hərbi gücü daha çox ön plana çəkməyə başlayıb. Bu, onu göstərir ki, Tramp əslində demokratik deyil, artıq digər ölkələr kimi silah gücünə öz istədiklərini diqtə etmək məsələsini üzə çıxardır”.

Səfər

Chosen
15
avtosfer.az

1Sources