EN

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu

Real TV-nin aparıcısı Vəfa Həmzəyeva Azərbaycan dilində yayımlanan Ermənistan kanalının aparıcısı, jurnalist Diana Karapetyanla müsahibə edib.

Milli.Az xəbər verir ki, eksklüziv müsahibə zamanı Karapetyan Ermənistanda Azərbaycan dilində kanalın yaradılmasındakı əsas missiyanı açıqlayıb.

Bununla yanaşı, Diana Karapetyan canlı bağlantı zamanı "Artsax" ifadəsini işlətməyə cəhd edib.

Buna dərhal Real TV-nin aparıcısı Vəfa Həmzəyeva müdaxilə edərək belə bir sual ünvanlayıb:

"Əgər siz hələ də "Artsax" deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?"

Azərbaycanlı jurnalist vurğulayıb ki, "Artsax" ifadəsi artıq siyasi və hüquqi baxımdan qapalı mövzudur və bir daha xatırladıb ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu məsələ beynəlxalq və regional səviyyədə artıq bağlanmış səhifədir.

Milli.Az

Chosen
13
2
milli.az

3Sources