EN

Qəza xəbərdarlığı verən təyyarə hava limanına eniş edib

Mühərrikində yanğın baş verən "Red Wings Airlines" təyyarəsi Domodedovo hava limanına təcili eniş edib.

Ucnoqta.az xəbər verir ki. bu barədə 3 dekabrda Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artem Korenyako məlumat verib.

"Çərşənbə günü, 3 dekabr, Moskva vaxtı ilə saat 22:53-də Red Wings Boeing 777 təyyarəsi Domodedovo hava limanına təhlükəsiz eniş edib", - deyə o, Telegram kanalında yazıb.

Chosen
47
ucnoqta.az

1Sources