EN

200 min il əvvəl yaşayanların qalıqları aşkar edilib

Cənubi Afrika Respublikasından və Avropadan olan paleogenetiklər indiki CAR ərazisində yaşayan və təxminən 200 000 ildir genetik olaraq bəşəriyyətdən təcrid olunmuş qədim insanların əvvəllər məlum olmayan bir populyasiyasını kəşf ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə İsveçin Uppsala Universitetinin Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, qalıqlar Limpopo çayının cənubundakı müxtəlif bölgələrdə tapılan insan sümüklərinin DNT analizi zamanı aşkar edilib.

Alimlərin fikrincə, bu qədim insanların genomlarının öyrənilməsi bəşəriyyətin mənşəyini daha yaxşı anlamağa imkan verəcək.


Telegram kanalımız
Chosen
50
2
yenisabah.az

3Sources