EN

Azərbaycanda Könüllülük Həftəsi başlayıb

Bakı. Trend:

Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin və “ASANXidmət”in tərəfdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqınıntəşkilatçılığı ilə 2025-ci il dekabrın 4-dən 18-dək səkkizinciAzərbaycan Könüllülük Həftəsi keçiriləcək.

Trend xəbərverir ki, builki Azərbaycan Könüllülük Həftəsi “Konstitusiya vəSuverenlik İli” nə həsr olunacaq.

Həftə çərçivəsində fəaliyyətlərin ümumilikdə beş prioritet mövzuüzrə həyata keçirilməsi nəzərdə tutulub.

“Zəfər – 5 il”, “Konstitusiya – 30 il”, “Suveren Azərbaycan”,“Milli birlik” və“Könüldən könüllü” olaraq seçilmiş mövzularkönüllülər arasında milli–mənəvi dəyərlər, milli birlik, Vətənmüharibəsində qazanılan qələbə və suverenliyimizin təbliğ edilməsiilə onların vətəndaşlıq məsuliyyətinin artırılması, ictimaifəallığa təşviqi və könüllü fəaliyyətlərdə daha şüurlu iştirakınıntəmin olunmasına xidmət edir.

Qeyd olunan mövzulara əsasən keçirilməsi nəzərdə tutulantədbirlərdən biri də hər il ənənəvi olaraq keçrilən AzərbaycanKönüllülərinin Həmrəylik Forumudur.

Üç mindən çox könüllünün iştirak edəcəyi forum çərçivəsindəİttifaqa üzv olan könüllü təşkilatlarının sərgisi keçiriləcək və ilərzində ölkəmizdə könüllülüyün inkişafı istiqamətində həyatakeçirilən fəaliyyətlərin ictimaiyyətə təqdimatı baş tutacaq.

Həmçinin ənənəvi olaraq il ərzində fəaliyyətlərinə görəfərqlənən könüllülər müxtəlif nominasiyalar üzrə təltifoluncaqlar.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
34
az.trend.az

1Sources