EN

Rusiyada “Roblox” qadağan edildi - SƏBƏB

Rusiyada “Roblox” oyun platformuna terror və LGBT təbliğatı iddiası ilə blok qoyuldu



Manset.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti yayıb.

Məlumata görə, platformada “aşırılıq, terror hərəkətləri və LGBT mövzularında təbliğat” aparıldığı müəyyən edilib. Həmçinin bildirilib ki, oyunda çox sayda uyğunsuz məzmun mövcuddur və azyaşlı istifadəçilərin cinsi istismara məruz qaldığı hallara da rast gəlinib.

Təxminən 110 milyon gündəlik istifadəçisi olan “Roblox”da oyunçuların əhəmiyyətli hissəsini yeniyetmələr təşkil edir. Platformada istifadəçilərin 20 faizi 9 yaşdan kiçik, böyük əksəriyyəti isə 16 yaşdan aşağıdır

Chosen
4
manset.az

1Sources