EN

Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edildi



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı-Gəncə, Gəncə-Saatlı və Sumqayıt-Göyçay avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

aia.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutu üzrə fiziki şəxs Musayev Niyazı Mürşüd oğlu;

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;

Gəncə-Saatlı marşrutu üzrə fiziki şəxs Ağaşov Əlsafa Tapdıq oğlu;

Sumqayıt-Göyçay marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

aia.az



Chosen
2
20
aia.az

10Sources