Futbol üzrə Braziliya çempionatının qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Flamenqo" mövsümün bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Filipe Luisin rəhbərlik etdiyi kollektiv A Seriyasının 37-ci turunda doğma meydanda "Seara"nı 1:0 hesabı ilə məğlub edib. Rio de Janeyro təmsilçisi ən yaxşı izləyicisi olan "Palmeyras"ı 5 xal qabaqlayıb. Bu, "qırmızı-qaralar"ın 9-cu ölkə çempionluğudur.
Qeyd edək ki, "Qarabağ"ın sabiq hücumçusu Juninyo "Flamenqo"da çıxış edir.
saytlarin hazirlanmasi