EN

Penaltidən qol buraxdı, topu hakimin başına çırpdı - VİDEO

BAKI, 4 dekabr. TELEQRAF

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumununun futbol üzrə çempionatının final oyununda insident yaşanıb.

Teleqraf GRT-yə istinadən xəbər verir ki, "Ekolayf" komandasının futbolçuları "Saksan"la keçirilən həlledici görüşdə penalti zərbəsi zamanı yaranan gərginlikdən sonra meydanı tərk ediblər.

Matçın ikinci hissəsində "Saksan" 2:1 hesabı ilə öndə olan zaman "Ekolayf"ın qapısına 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. "Saksan" penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib.

Buna qəzəblənən "Ekolayf"ın qapıçısı topu hakimin başına çırpıb və komandanın digər üzvləri ilə birlikdə mübahisə yaradıb. Bu hərəkətinə görə qapıçı qırmızı vərəqə alıb, onun komandası isə meydanı tərk edib.

Qaqauziya Futbol Federasiyasının prezidenti George Sult 3:1 hesablı nəticənin qüvvədə qaldığını açıqlayıb.

Chosen
50
1
teleqraf.com

2Sources