EN

Azərbaycanda gələn il 36 dövlət qurumunda könüllülük fəaliyyəti olacaq

Azərbaycanda 32 dövlət qurumunda könüllülük fəaliyyəti mövcuddur və növbəti il üçün 36-ya çatdırılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş" Azərbaycan Könüllülərin VIII Həmrəylik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Prezident İlham Əliyevin çağırışından sonra "ASAN xidmət" mərkəzlərində təşkil olunan könüllülük fəaliyyəti bu gün 32 dövlət qurumunu əhatə edir:

"Biz bu gün həmin könüllüləri dövlət qurumlarında vətəndaş xidmətlərində, beynəlxalq tədbirlərin təşkilində görə bilərik. Gənclərin könüllü olaraq bu tədbirlərdə iştirakı, onların şəxsi inkişafına və iş fəaliyyətinə əvəzolunmaz dəyər qatır".

Xatırladaq ki, 5 dekabr Beynəlxalq Könüllülər Günüdür və Azərbaycan Könüllülərin VIII Həmrəylik Forumu da məhz bu günə həsr olunub.

Chosen
38
ikisahil.az

1Sources