EN

İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL

İşğaldan azad edilmiş ərazilərin sürətli iqtisadi yüksəlişi bu gün Azərbaycanın milli inkişaf strategiyasının mərkəzi xəttini təşkil edir. 2021-2025-ci illəri əhatə edən bərpa mərhələsində dövlət bölgənin dirçəlişini yalnız infrastrukturun qurulması ilə məhdudlaşdırmayıb, paralel olaraq iqtisadi, sosial və institusional sahələrdə sistemli reabilitasiya həyata keçirib. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Bu kompleks yanaşma “Böyük Qayıdış” siyasətinin real iqtisadi təməlinin formalaşmasına imkan yaradıb.

Chosen
104
yenicag.az

1Sources