EN

Rusiyada “FaceTime” bloklandı

Rusiyada “Apple” şirkətinin “FaceTime” proqramı vasitəsilə cinayətlərin törədildiyi iddiaları ilə əlaqədar tətbiqə giriş bloklanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Agentliyi (Roskomnadzor) bildirib.

Məlumata görə, sentyabr ayından bəri FaceTime-da yaşanan giriş problemləri tətbiqin cinayətkar məqsədlərlə istifadə olunması ilə bağlıdır.

Bəyanatda deyilir: “FaceTime ölkədə terror fəaliyyətinin təşkili və həyata keçirilməsi, cinayətkarların cəlb edilməsi, vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur”.

Roskomnadzor açıqlayıb ki, bu səbəbdən proqram bloklanıb.

Seyranə Quliyeva

Missiya.Az

Chosen
71
missiya.az

1Sources