EN

Azərbaycanda könüllülük fəaliyyətində qadınlar kişilərə nisbətən daha aktivdirlər

Azərbaycanda könüllülük fəaliyyətində qadınlar kişilərə nisbətən daha aktivdirlər.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda deyib.

Onun sözlərinə görə, ölkədə bu ilin sonuna qədər bütün fəaliyyət istiqamtıəri üzrə könüllülərin sayı 40 min 463 nəfər olacaq:

"Bunlardan 15 min 376-si kişi, 25 min 87-si isə qadındır. Beləliklə, qadınlar könüllülük fəaliyyəti üzrə ictimai aktivlikdə üstünlük təşkil edir".

Sədr bildirib ki, ittifaq bu il ümumilikdə 234 layihə həyata keçirib və tədbir təşkil edib:

"Həmin tədbirlərin 35 faizi asudə vaxtın səmərəli təşkilinə, 25 faizi vətənpərvərliyə, 17,3 faizi sosial, 12,7 faizi ekoloji məsələlərə, 10 faizi isə digər mövzulara həsr olunub".

Chosen
15
ikisahil.az

1Sources