Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin regional proseslər və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının irəliyə aparılması imkanları barədə də fikir mübadiləsi aparılıb.