EN

Britaniya Ermənistana ilk dəfə hərbi attaşe təyin edib

Böyük Britaniyanın ilk dəfə olaraq Ermənistanda rezident hərbi attaşesi təyin olunub.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb və mayor Tomas Şarlandın bu vəzifəyə seçildiyini bəyan edib.

“Bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın getdikcə möhkəmləndiyini əks etdirir. Bu hadisə ölkələrimizin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək” - səfirlikdən bildirilib.

Chosen
38
9
apa.az

10Sources