EN

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 25 milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin yanvar - noyabr aylarında yeni nəsil nəzarət-kassaaparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4milyon manat olub.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

Bildirilib ki, indiyədək ölkə ərazisində 109.611 ədəd belə NKAquraşdırılıb.

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindənölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqiistiqamətində işlər davam etdirilir. Yeni nəsil NKA-lardan istifadəhesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuzdövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təminedilməsinə imkan yaradıb", - məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
41
12
az.trend.az

10Sources