AZ

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 25 mlrd. manatı ötüb

2025-ci ilin yanvar - noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

Bu barədə Herbiand.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, indiyədək ölkə ərazisində 109.611 ədəd yeni nəsil NKA quraşdırılıb.

Seçilən
65
12
herbiand.az

10Mənbələr