EN

Ukrayna ilə bağlı SENSASİON şərt – Güzəştlər olacaq?

Rusiya–Ukrayna müharibəsi ilə bağlı aparıldığı iddia olunan danışıqlar və “ərazi güzəştləri” məsələsi beynəlxalq hüquq və ABŞ qanunvericiliyi çərçivəsində ciddi suallar doğurur. Qeyd edilib ki, ABŞ daxilində hər hansı gizli razılaşmanın hüquqi qüvvəsi ola bilməz və Ukraynanın milli qanunvericiliyinə tamamilə ziddir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, siyasi şərhçi Zeynal Fətulla deyib ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun danışıqların yalnız ABŞ ilə aparıldığı barədə açıqlaması vəziyyətin ciddiliyini artırsa da, həmin “həll variantlarının” hüquqi əsası şübhə altındadır:

“1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukraynanın ərazi bütövlüyünə beynəlxalq təminat verirdi və ABŞ qanunvericiliyi Krım və Donbasın ilhaqını tanımadığını açıq şəkildə təsbit edib”.

Zeynal Fətulla

O, əlavə edib ki, iddia olunan gizli danışıqlar yalnız şəxsi əlaqələr və qeyri-rəsmi görüşlər çərçivəsində aparılır, dövlət rəsmilərinin iştirakı yoxdur və bu səbəbdən hüquqi qüvvəyə malik deyil:

“Eyni zamanda, Zelenskinin belə bir qərara razılıq verməsinin mümkün olmadığını, çünki bunun Ukrayna Konstitusiyasına və milli qanunvericiliyə tamamilə zidd olduğunu vurğulayıb. Rusiya tərəfindən Ukrayna ərazilərinin ilhaqı de-yure heç vaxt tanınmayacaq və bu prinsip beynəlxalq sistemdə uzun illər qüvvədə qalacaq”.

Chosen
27
nocomment.az

1Sources