EN

"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib

Prezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Şuraya daxil olan Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılovla, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov isə Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərovla əvəzlənib.

Chosen
8
23
marja.az

10Sources