AZ

“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdirilib

BAKI, TurkicWorld

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik eidlib.

TurkicWorld xəbər verir ki, bu, Prezident İlham Əliyevin "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncama etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvü - Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyə şöbəsinin müdiri Vüqar Məcidli İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılovla, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov isə Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərovla əvəzlənib.

Seçilən
11
7
turkic.world

10Mənbələr