EN

Goranboydakı qəzada yaralanların ADLARI - YENİLƏNİB

Goranboyda minik maşını digər avtomobilə çırpılması zamanı xəsarət alanların adları məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1980-ci il təvəllüdlü B.İsmayılov, 1966-cı il təvəllüdlü M.Aslanov və bir nəfərdir. Hazırda onların müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda qəza olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ markalı minik maşını digər avtomobilə çırpılıb. Zərbənin təsirindən "VAZ" yarasız hala düşüb. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
46
1
redaktor.az

2Sources