ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Goranboyda minik maşını digər avtomobilə çırpılması zamanı xəsarət alanların adları məlum olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1980-ci il təvəllüdlü B.İsmayılov, 1966-cı il təvəllüdlü M.Aslanov və bir nəfərdir. Hazırda onların müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda qəza olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ markalı minik maşını digər avtomobilə çırpılıb. Zərbənin təsirindən "VAZ" yarasız hala düşüb. Qəza zamanı 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.