EN

“Premyer Liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik” Elgiz Kərəmli İdmanXəbər

ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Qəbələ”ni təbrik edirəm. Ötən ildən onları izləyirəm. Ən bəyəndiyim komandalardan biridir. Bizim üçün heç də asan olmadı. Rəqibi təhlil etmişdik. Onların ən üstün tərəfləri hücumda olan 3 futbolçularıdır. Müdafiəni daha kompakt təşkil etməyə çalışdıq. Düşünürəm ki, yaxşı alındı. Hesabı bərabərləşdirsək də, sonradan rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Futbolçularıma təşəkkür edirəm. Premyer Liqa komandasına qarşı inamlı çıxış etdilər. Bu mövsüm ilk dəfədir ki, əks-hücumda oynayırıq. Çünki I Liqada bütün matçları dominant keçiririk. Liqalar arasındakı səviyyə fərqi öz sözünü deyir”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ”yə(2:1) qarşı matçdan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– “Şəfa” legioner transfer etməyən azsaylı komandalardandır. Premyer Liqaya yüksələ bilsəz, bu siyasət davam edəcək?

– Premyer Liqaya yüksəlsək də, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik.

– Yalnız azərbaycanlı futbolçularla oynamaq çətin olmayacaq?

– I Liqaya uyğun yaxşı komandamız var. Premyer Liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik. Yaxşı azərbaycanlı futbolçular var. Onlarla güclənə bilərik.

– “Sumqayıt”, “Şamaxı” bu təcrübəni həyata keçirdi, amma uğurlu olmadı. Qorxmursuz ki, bu, sizdə də belə alınar?

– Razıyam sizinlə. Biz Azərbaycan futboluna töhfə verməyə çalışırıq. Bəli, çətin olacaq, amma mümkünsüz deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
76
2
idmanxeber.az

10Sources