"Football-plus.az" xəbər verir ki, o, əvvəlcə rəqib haqda xoş sözlər səsləndirib:
"Qəbələ"ni təbrik edirəm. Ötən ildən onları izləyirəm. Ən bəyəndiyim komandalardan biridi. Bizim üçün heç də asan olmadı. Rəqibi təhlil etmişdik. Onların ən üstün tərəfləri hücumda olan 3 futbolçularıdı. Müdafiəni daha kompakt təşkil etməyə çalışdıq. Düşünürəm ki, yaxşı alındı. Hesabı bərabərləşdirsək də, sonradan rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Futbolçularıma təşəkkür edirəm. Premyer-liqa komandasına qarşı inamlı çıxış etdilər. Bu mövsüm ilk dəfədi ki, əks-hücumda oynayırıq. Çünki 1-ci liqada bütün matçları dominant keçiririk. Liqalar arasındakı səviyyə fərqi öz sözünü deyir".
Mütəxəssis "Şəfa"nın istənilən halda legioner transfer etmək niyyətində olmadığını deyib:
"Premyer-liqaya yüksəlsək də, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik".
O, "Yalnız azərbaycanlı futbolçularla oynamaq çətin olmayacaq" sualını belə cavablandırıb:
"1-ci liqaya uyğun yaxşı komandamız var. Premyer-liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik. Yaxşı azərbaycanlı futbolçular var. Onlarla güclənə bilərik".
Mütəxəssis "Sumqayıt", "Şamaxı" bu təcrübəni həyata keçirib, amma uğursuz olmasına da münasibət bildirib:
"Razıyam sizinlə. Biz Azərbaycan futboluna töhfə verməyə çalışırıq. Bəli, çətin olacaq, amma mümkünsüz deyil".