EN

41 yaşlı kişi qeyri rəsmi münasibətdə olduğu qadını döydü

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Nizami rayonunda 41 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 1-də baş verib. Tərtər rayon sakini, 1984-cü il təvəllüdlü Cəsarət həmin gün, saat 11:55-də birgə yaşadıqları evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Xatun (adlar şərtidir – red.) ilə mübahisə edib. Cəsarət Xatunla mübahisə etməsinə səbəb onun mobil nömrəsini öz telefonundakı siyahıdan silməsi olub. Buna görə o, arvadına irad bildirib və bu səbəbdən onların aralarında ailə-məişət münaqişəsi zəminində mübahisə  baş verib. Mübahisə zamanı Cəsarət qəsdən əli ilə bir dəfə Xatunun sifət nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Cəsarətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cəsarət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
demokrat.az

1Sources