EN

Emeri yeni rekorda imza atdı

Unay Emeri “Aston Villa”da Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu Premyer Liqanın XIV turunda səfərdə “Brayton”u 4:3 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

O, “Aston Villa”nın “sükanı arxası”nda 62-ci qələbəsini qazanıb. Emeri bu göstəricidə Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) üstələyib.

Qeyd edək ki, “Aston Villa” İngiltərə Premyer Liqasında 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Chosen
74
3
msport.az

7Sources