İspaniyalı mütəxəssis rekordçu oldu
İspaniyalı mütəxəssis Unay Emeri İngiltərənin "Aston Villa" klubunda Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub. Metbuat.az xəbər verir ki, baş məşqçi bunu səfərdə "Brayton"u 4:3 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb. O, "Aston Villa"nın "sükanı arxasında" 62-ci qələbəsini qazanıb.Emeri bu göstəricidə Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) üstələyib.