EN

Premyer liqaya yüksəlsək də, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik Şəfa nın baş məşqçisi

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli Bizon ölkə kubokunun 1/8 final mərhələsində "Qəbələ"yə uduzduqları oyun (1:2) haqda danışıb."Football-plus.az" xəbər verir ki, o, əvvəlcə rəqib haqda xoş sözlər səsləndirib:

"Qəbələ"ni təbrik edirəm. Ötən ildən onları izləyirəm. Ən bəyəndiyim komandalardan biridi. Bizim üçün heç də asan olmadı. Rəqibi təhlil etmişdik. Onların ən üstün tərəfləri hücumda olan 3 futbolçularıdı. Müdafiəni daha kompakt təşkil etməyə çalışdıq. Düşünürəm ki, yaxşı alındı. Hesabı bərabərləşdirsək də, sonradan rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Futbolçularıma təşəkkür edirəm. Premyer-liqa komandasına qarşı inamlı çıxış etdilər. Bu mövsüm ilk dəfədi ki, əks-hücumda oynayırıq. Çünki 1-ci liqada bütün matçları dominant keçiririk. Liqalar arasındakı səviyyə fərqi öz sözünü deyir".

Mütəxəssis "Şəfa"nın istənilən halda legioner transfer etmək niyyətində olmadığını deyib:

"Premyer-liqaya yüksəlsək də, yalnız azərbaycanlı futbolçular transfer edəcəyik".

O, "Yalnız azərbaycanlı futbolçularla oynamaq çətin olmayacaq" sualını belə cavablandırıb:

"1-ci liqaya uyğun yaxşı komandamız var. Premyer-liqaya çıxsaq, təbii ki, heyəti gücləndirəcəyik. Yaxşı azərbaycanlı futbolçular var. Onlarla güclənə bilərik".

Mütəxəssis "Sumqayıt", "Şamaxı" bu təcrübəni həyata keçirib, amma uğursuz olmasına da münasibət bildirib:

"Razıyam sizinlə. Biz Azərbaycan futboluna töhfə verməyə çalışırıq. Bəli, çətin olacaq, amma mümkünsüz deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
72
8
icma.az

10Sources