ain.az, GlobalInfo saytına istinadən bildirir.
Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1”yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”, – qurumdan qeyd edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.