AZ

Bakıda dəhşətli yanğın – 4 nəfər ölüb

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Herbiand.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər (onlardan 2-si azyaşlıdır) həyatınnı itrib.

4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 3-nün vəziyyəti ağır kimi qiymətləndirilir.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Hadisənin baş vermə səbəbi dəqiləşdirilməyib.

Seçilən
0
2
herbiand.az

10Mənbələr