EN

Sahə rəisindən eskalatorun qırılmasına REAKSİYA: "Normal bir şeydir"

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığındakı yeraltı keçiddə qırılan eskalatorun ətrafı təhlükəsizlik səbəbi ilə lentlənib.

Ərazidə olan nəzarətçi isə baş verən faktı təsdiqləyib.

O, hadisə anını belə şərh edib:

"Çıxdığı yerdə qəfil dayandı. 3 nəfər idilər. Biz onlara kömək etdik".

Sahə rəisi də məsələyə münasibət bildirib:

"Orada elə bir hadisə baş verməyib. Sadəcə olaraq, eskalatorla qalxanda biri müvazinətini itirib yıxılıb. Normal bir şeydir. Hamı yıxılır", - deyə o vurğulayıb.

Ətraflı Baku TV-nin süjetində:

Chosen
22
far.az

1Sources