Müğənni Zeynəb Həsəni maraqlı açıqlaması ilə gündəm olub.
Publika.az xəbər verir ki, "Tarixin bir günü" proqramında qonaq olan müğənni başına gələn bir hadisəni danışıb.
O, adını çəkmədiyi bir həmkarı ilə toyda eyni vaxtda çıxış edib. Müğənni "Toyda sakit dayanıb ifa edirdim. Birdən həmin qadın müğənni oynaya-oynaya gəldi.
Məclis coşdu, insanlar ona elə sevgi göstərirdlər ki... Başına pul yağdırırdılar. Mənim bütün fikrim ifamda idi, çalışırdım ki, toyu gözəl idarə edim.