EN

Ceyhun Bayramov Fransanın Avropa üzrə nümayəndəsi Benjamin Haddad ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Fransanın Avropa üzrə nümayəndəsi Benjamin Haddad ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Facebook” hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin cari məsələləri və perspektivləri, regional təhlükəsizlik məsələləri və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Poliqon.info

Chosen
11
1
poliqon.info

8Sources