Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Məlumata görə, rəsmilər Azərbaycan-Fransa münasibətlərinin cari məsələləri və perspektivləri, regional təhlükəsizlik, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta