EN

Lökbatanda güclü yanğın olub, 2-si uşaq olmaqla 5 nəfər ölüb - FOTO - YENİLƏNİB » AzadMedia.az

Lökbatanda

Hadisə şahidlərinin məlumatlarına görə güclü yanğın nəticəsində ikisi uşaq olmaqla ümumilikdə 5 nəfər dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı isə hələ ki, dəqiq məlumat yoxdur.

05:59

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


İlkin məlumata görə hadisə nəticəsində ölən və yaralananlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır. (APA)

Chosen
29
4
azadmedia.az

9Sources