AZ

Lökbatanda güclü yanğın: Beş nəfər həlak olub

Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hafta.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla ümumilikdə beş nəfər dünyasını dəyişib.

Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunublar.

Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
60
6
hafta.az

9Mənbələr