İtaliyada keçirilən dağ marafonu zamanı 18 yaşlı oğlan 90 dəqiqə davam edən klinik ölümdən sağ çıxıb.
Hafta.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Yarış zamanı İrji Marji Komo gölü yaxınlığında yıxılaraq şaxtalı havada köməksiz vəziyyətdə qalıb. Soyuq səbəbindən gəncin bədən hərarəti 21 dərəcəyə qədər enib.
Xilasedicilər marafon iştirakçısını tapanda məlum olub ki, onun ürəyi təxminən 90 dəqiqə əvvəl dayanıb. Şiddətli hipotermiya isə beyin zədələnməsinin qarşısını alıb və bu, onun sağ qalmasına kömək edib.
Məlumata görə, İrji təxminən bir aylıq müalicə və reabilitasiyadan sonra musiqi məktəbinə qayıdıb.
Sağaldıqdan sonra o, Milanda xilasedicilərlə görüşərək minnətdarlığını bildirib və həyatını onlara borclu olduğunu deyib.
Həkimlər gəncin sağ qalmasını nadir və unikal hadisə kimi qiymətləndirirlər. Tibb mütəxəssisləri bu möcüzəvi sağalma ilə bağlı gələn il xüsusi tibbi konfransda geniş müzakirə aparacaqlar.