EN

Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib





Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Newscenter.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Chosen
2
11
newscenter.az

10Sources