EN

110 miə yaxın kassa aparatı 25 milyard manatdan çox dövriyyəni qeydə alıb

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İndiyədək ölkə ərazisində 109 min 611 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

2025-ci ilin yanvar - noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
2
marja.az

10Sources