EN

Bakıda Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir

Bakı. Trend:

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq vəsosial müdafiə nazirlərinin birinci iclası keçirilir.

Trend xəbərverir ki, “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsindəəməkdaşlıq” adı ilə keçirilən iclasda Təşkilata üzv olan(Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) vəmüşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan,Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının vəTDT-nin rəhbər şəxsləri iştirak edir.

Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosialmüdafiəsi naziri Anar Əliyev, TDT-nin Baş katibi KubanıçbekÖmüralıyev, Qırğızıstanın əmək, sosial təminat və miqrasiyanazirinin birinci müavini Kamçıbek Dosmatov, Özbəkistanın məşğulluqvə yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov ,Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniViktoriya Şeqay, Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək vəsosial müdafiə naziri Oğuzhan Hasipoğlu, Macarıstanın Milliİqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibiSandor Czomba və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsinazirinin müavini Halbibi Tachjanova çıxış edəcəklər.

Sonda Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosialmüdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanacaq.

Xəbər yenilənəcək

Chosen
24
11
az.trend.az

10Sources