EN

“Azərbaycanda təhsil problemləri üzrə beyin mərkəzi yoxdur” DOSENT

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dekabrın 3-də, Sosial Tədqiqatlar Mərkəzində Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.

Mövzuya münasibət bildirən təhsil eksperti, dosent İlham Əhmədov belə deyib:

“Beyin mərkəzlərinin qlobal inkişafda rolu böyükdür.  Bizim kimi keçid dövrünü yaşayan ölkələrdə “Beyin Mərkəzləri”nin milli  inkişafda rolu  vacibdir.  Bizdə bəzi sahələr üzrə “Beyin Mərkəzləri”  fəaliyyət göstərir. Amma ən strateji sahə olan təhsil problemləri üzrə ölkədə heç bir “Beyin Mərkəzi”  yoxdur.  Ölkədə təhsilə dair yeganə tədqiqat institutu olan ARTİ də elmi fəaliyyətdən uzaqlaşdırılıb”.

Dosentin fikrincə, bu səbəbdən təhsil problemlərini davamlı müzakirəyə çıxarda bilən heç bir platforma yoxdur ölkədə.

“Biz bu mövzunu bir neçə dəfə qaldırsaq da (linklər şərh bölümündədir),  təhsil menecerləri  təhsilə dair “Beyin Mərkəzləri”nin yaradılması haqqında düşünmək belə istəmirlər. Tərsinə qurulan təhsilimizə elmi güzgüdən baxmağa niyə qorxurlar?”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
159
icma.az

1Sources