EN

Polkovnik-leytenant vəfat etdi

Bakıda hərbçi vəfat edib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər rayon 120 saylı orta məktəbin hərbi rəhbəri vəzifəsində çalışan polkovnik-leytenant Azər Sadıqov ötən gün qəfildən ölüb.

Onun qan təzyiqinin yüksəlməsi səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, A.Sadıqov həm də 1-ci Qarabağ müharibəsi veteranı olub.

Chosen
108
21
far.az

10Sources