AzVision.az xəbər verir ki, adının şəkilməsini istəyən amerikalı mənbəyə istinad edən “Daily Mail” nəşrinin məlumatına görə, Marko Rubionun“Venesuelaya fokuslanması”hakimiyyətdə öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır.
“Dövlət katibinin əsas prioriteti“Latın Amerikası gündəmi”dir: o, Floridadakı varlı venesuelalıların dəstəyini almalıdır ki, bu da onun siyasi gələcəyi üçün çox vacibdir.Marko Rubio Ukraynanı MAGA (Make America Great Again – “Amerikanı yenidən birinci edək”) hərəkatı çərçivəsində “uduşsuz məsələ” sayır”, - amerikalı məmur iddia edib.
Marko Rubio özü bir neçə gün əvvəl verdiyi müsahibədə vurğulayıb ki, “Öncə Amerika” prinsipinə diqqət yetirməklə yanaşı, ABŞ-nin diqqəti ilk növbədə Qərb yarımkürəsinə yönəlməlidir. Onun fikrincə, amerikalılar üçün “xaricdəki müharibələrdən” daha çox vətənə yaxın təhdidlər vacibdir.
Sahil İsgəndərov
AzVision.az