Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, adının şəkilməsini istəyən amerikalı mənbəyə istinad edən “Daily Mail” nəşrinin məlumatına görə, Marko Rubionun “Venesuelaya fokuslanması” hakimiyyətdə öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır. “Dövlət katibinin əsas prioriteti “Latın Amerikası gündəmi”dir: o, Floridadakı varlı venesuelalıların dəstəyini almalıdır ki, bu da onun siyasi gələcəyi üçün çox vacibdir. Marko Rubio Ukraynanı MAGA (Make America Great Again – “Amerikanı yenidən birinci edək”) hərəkatı çərçivəsində “uduşsuz məsələ” sayır”, - amerikalı məmur iddia edib. Marko Rubio özü bir neçə gün əvvəl verdiyi müsahibədə vurğulayıb ki, “Öncə Amerika” prinsipinə diqqət yetirməklə yanaşı, ABŞ-nin diqqəti ilk növbədə Qərb yarımkürəsinə yönəlməlidir. Onun fikrincə, amerikalılar üçün “xaricdəki müharibələrdən” daha çox vətənə yaxın təhdidlər vacibdir. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.